"Yardımlı Xeyriyyə Cəmiyyəti" İctimai Birliyi tərəfindən Yardımlı şəhərində yerləşən "Gümüş saray" restoranında şəhid və qazi ailələri üçün iftar süfrəsi təşkil olunub.
Bu barədə
Bakupost.az -a "Yardımlı Xeyriyyə Cəmiyyəti" İctimai Birliyinin sədri Mərdan Seyidbəyli məlumat verib.
İftar məclisi müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb.
Tədbirdə çıxış edənlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olduğunu, şəhid ailələrinə, qazilərə diqqət və qayğının dövlət siyasətinin vacib istiqamətlərindən biri olduğunu vurğulayıblar.
Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhuna dualar oxunub.
Zaur
BakuPost