Ru
16:41 / 03 İyul 2025

Sevgilisi ilə birlikdə batan qızın meyiti tapıldı

Sevgilisi ilə birlikdə batan qızın meyiti tapıldı
Eye

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.

Bakupost.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri keçirdiyi axtarış tədbirləri nəticəsində su anbarında batan 20 yaşlı Aliyə Həsənovanın meyiti sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə iyunun 13-də Şəmkir rayonunun Mehrili kəndi ərazisində yerləşən Şəmkirçay su anbarında baş verib. Rayonun Seyfəli kənd sakinləri - 21 yaşlı Ümid İbrahimov, 20 yaşlı Aliyə Həsənova və Fazil Həsənov həmin ərazidə istirahət edən zaman A.Həsənova suda batıb.


Ümid İbrahimov onu xilas etmək məqsədilə suya atılıb. Hər iki şəxs suda boğulub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar