Ru
01:46 / 26 İyul 2024

Sezen Aksuya qarşı dələduzluq

Sezen Aksuya qarşı dələduzluq
Eye

Türkiyəli məşhur müğənni Sezen Aksuya qarşı dələduzluq edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, dələduzlar Beyoğlu bələdiyyəsi adından zəng edərək Aksuya kimsəsiz uşaqlar üçün ianə topladıqlarını bildiriblər.

Sənətçi təklifi qəbul edib və həmin şəxslərə 420 min lirə ianə edəcəyini deyib. Aksu ilk mərhələdə onların hesabına 220 min lirə (təxminən 11 300 manat) köçürüb.

Daha sonra Aksunun köməkçisi şübhələnərək Beyoğlu bələdiyyəsi ilə əlaqə saxlayıb. Lakin bələdiyyə rəsmiləri belə bir kampaniyanın olmadığını bildiriblər. Aldadıldığını anlayan Aksu polis bölməsinə gedib. Sezenin köməkçisi isə şahid qismində ifadə verib (Qafqazinfo)

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar