Ru
15:16 / 13 Fevral 2024

Süpürgəçinin qarşısına zibil atan şəxslə bağlı araşdırma aparılır - VİDEO

7728
Bakıda avtomobildən yola zibil atan sərnişin müzakirələrə səbəb olub.

Bakupost.az qafqazinfo-ya istinadla xəbər verir ki, Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində - “Elit” ticarət mərkəzinin yaxınlığında 90-GX-182 qeydiyyat nişanlı “İJ” markalı avtomobildəki sərnişinin zibilləri yolu təmizləyən süpürgəçi qadının qarşısına atmasını əks etdirən video birmənalı qarşılanmayıb.

Bir çox insanlar həmin sərnişinin məsuliyyətə cəlb edilməsini tələb edib və yol verdiyi hərəkətin həm də mənəvi dəyərlərə sığmadığını bildiriblər. Bəzi sosial şəbəkə istifadəçiləri isə həmin şəxsin süpürgəçilərin metal bankaları topladığını bildiyini və bu məqsədlə onları yaşlı qadının yaxınlığına atdığını deyiblər.


Bakı şəhər Baş Polis İdarəsinin DYP İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli bildirib ki, yayılmış görüntü ilə bağlı araşdırma aparılacaq və sərnişin barəsində qanunamüvafiq tədbir görüləcək:.

"Qeyd edim ki, “Yol Hərəkəti Haqqında” Qanuna əsasən, bu əmələ görə sürücülərin 40, sərnişinlərin isə 30 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur”.

.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər