Ru
17:44 / 08 İyul 2025

Sürücü qəfil manevr etdiyinə görə vəhşicəsinə döyüldü

Sürücü qəfil manevr etdiyinə görə vəhşicəsinə döyüldü
Eye

Sankt-Peterburq sakini yol ayrıcında qəfildən avtomobilinin qarşısına keçən digər avtomobilin sürücüsünün kəllə sümüyünü qırıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Fontanka" məlumat yayıb.

Yol-nəqliyyat hadisəsi piyada keçidində davaya çevrilib. 22 yaşlı şəhər sakini ona maneəçilik törədən sürücüyə hücum edərək onu yoldan keçənlərin gözü qarşısında amansızlıqla döyüb. Təcili tibbi yardım xidməti xəsarət alan həmin şəxsi ağır vəziyyətdə hadisə yerindən aparıb.

Hücum edən şəxs hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən isti izlərlə saxlanılıb. Ona qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar