Ru
15:23 / 20 May 2025

Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda qaya uçqunu oldu

Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda qaya uçqunu oldu
Eye

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun Bist kənd avtomobil yolunda qaya uçqunu baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qaya uçqunu nəticəsində iri qaya parçaları yolun hərəkət hissəsinə tökülüb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayanıb.

Hadisə ilə əlaqədar dərhal əraziyə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin əməkdaşları cəlb olunublar.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar