Ru
18:36 / 20 Avqust 2025

Tanınmış jurnalistin övladları dünyanın nüfuzlu universitetlərinə qəbul oldu - FOTO

Tanınmış jurnalistin övladları dünyanın nüfuzlu universitetlərinə qəbul oldu -  FOTO
Eye

Tanınmış jurnalist, "Azpolitika.info" saytının baş redaktoru Elnur Məhərrəmlinin övladları dünyanın nüfuzlu universitetlərinə qəbul olunublar.


Bakupost.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkə hesabında paylaşım edib.


O bildirib ki, övladı Dəniz yüksək nəticələrlə qəbul olduğu Arizona Dövlət Universitetində təhsil almaq üçün bu gün ABŞ-yə yola düşüb.


Bir neçə gündən sonra isə oğlu Səbuhi də təhsil üçün xaricə yollanacaq. O, Avstraliyanın nüfuzlu Vollonqonq Universitetinin Dubay filialında (University of Wollongong in Dubai) təhsil alacaq:


"Bizim dövrümüzdə xaricdə - ABŞ, Avropada təhsil əlçatmaz xəyal idi. İndiki gənclər çox şanslıdır, internet və böyük imkanlar dövründə yaşayırlar, dünyanın qapıları üzlərinə taybatay açıqdır. Ərazi bütövlüyünü bərpa etmiş, milli ləyaqətini özünə qaytarmış Azərbaycan da o dövrdəki Azərbaycan deyil. Müharibə psixozu, kasıbçılıq bizim uşaqlığımızı və gəncliyimizi məhv etdi. 1996-cı ildə Naxçıvandan Bakıya nə zülmlə gələ bildiyimizi bugünkü gün kimi xatırlayıram. Sınıq-salxaq, köhnə təyyarələrə minə bilmək üçün insanlar bir-birini əzib keçirdilər. Elə Bakının vəziyyəti də təyyarələrin vəziyyətindən çox da fərqlənmirdi. Universitet adlandırdıqlarımızın isə təhsil, tərbiyə, tədris anlayışları ilə uzaqdan-yaxından əlaqəsi yox idi. Ali məktəblərin əksəriyyəti kolxoz bazarı idi.

Qısası, bizimki çətin dövrə düşdü. Bizdən əvvəlki nəsillər isə daha ağır günlər yaşamışdılar. Şükür ki, bizim həyata keçməyən arzularımızı övladlarımızın həyata keçirmək şansı var.


Səbuhi və Dənizlə bərabər bu il tələbə adını qazanmış bütün gənclərimizə uğurlar diləyirəm", - jurnalist paylaşımında bildirib.


Asena,

BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar