Ru
22:07 / 22 Avqust 2025

Tramp açıqladı: Dünya çempionatının qrup mərhələsinin püşkatması bu tarixdədir...

Tramp açıqladı: Dünya çempionatının qrup mərhələsinin püşkatması bu tarixdədir...
Eye

ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının qrup mərhələsinin püşkatma mərasiminin dekabrın 5-də Vaşinqtondakı Con Kennedi adına İfaçılıq Sənəti Mərkəzində keçiriləcəyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, o, bu barədə Ağ Evdə çıxışı zamanı bildirib.

"Bu il dekabrın 5-də 2026-cı il dünya çempionatının püşkatma mərasimi məhz burada, Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcək", - Tramp qeyd edib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar