ABŞ Prezidenti Donald Tramp 2024-cü ildə Rusiya Ukraynada döyüş əməliyyatlarını davam etdirəcəyi təqdirdə Vladimir Putini Moskvanı bombalayacağı ilə hədələyib.
Bakupost.az xəbər verir ki, Amerika prezidentinin bu bəyanatının səs yazısı CNN tərəfindən yayımlanıb. Həmin səs yazısından belə məlum olur ki, Tramp Çin Tayvanla bağlı hər hansı bir addım atacağı təqdirdə, Si Cinpinə qarşı da oxşar hədələr səsləndirib.
Amerika liderinin sözlərinə görə, Çin rəhbəri onun bu sözlərindən sonra “Tramp dəli olub” deyib. ABŞ prezidenti əlavə edib ki, Vladimir Putinlə danışıq zamanı Rusiya lideri onun dediklərinə inanmayıb və iki dəfə təkrar soruşub.
“Putinə dedim, əgər sən Ukrayna ilə müharibəyə girsən, Moskvanı bombalayıb cəhənnəmə çevirəcəyəm. Sənə deyirəm, mənim başqa seçimim olmayacaq”. O isəcavab verdi ki, “sənə inanmıram,” - deyə Tramp əlavə edib.
Aysel,
BakuPost