HHM sistemləri ötən gecə Moskva vilayəti və Rusiyanın digər 12 regionu üzərində 296 Ukrayna pilotsuz təyyarəsini ələ keçirərək məhv edib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 27-si saat 21:00-dan (Moskva vaxtı ilə) mayın 28-i səhər saat 07:00-a qədər Moskva, Bryansk, Belqorod, Vladimir, Voronej, İvanovo, Kaluqa, Ryazan, Slovensk vilayətinin hava məkanında növbətçi hava hücumundan müdafiə qüvvələri tərəfindən 296 Ukrayna pilotsuz uçan aparatı məhv edilib və ələ keçirilib”, - bəyanatda deyilir.
Qeyd edək ki, hücumlar zamanı Moskva və Moskva vilayətindəki binalara ziyan dəyib və dağıntılar olub.