Ru
16:18 / 06 İyun 2024

Vahid Əhmədov qurban ətinin bahalaşmasından danışdı

6127
“Ümumiyyətlə, Azərbaycanda ət istehsalı kifayət qədər aşağı düşüb. Ət istehsalı ilə əlaqədar olaraq müəyyən problemlər var. Biz xaricdən də ət idxal edirik, ola bilər ki, qiymət artımı buna görə olsun”

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

O, Qurban bayramı ərəfəsində hər il olduğu kimi ətin qiymətinin süni şəkildə qaldırıldığını bildirib:

“Hər il olduğu kimi Qurban bayramı öncəsi qiymətləri qaldırırlar. Bilirlər ki, insanlar qurban əti almağa məcburdur. Ona görə də sahibkarlar bu cür addımlar atırlar. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qiymət artımı ilə bağlı müəyyən monitorinqlər aparır. Amma buna baxmayaraq görürsən ki, yenə də sui-istifadə halları var. Çox təəssüf ki, Azərbaycanda bu artıq adi hala çevrilib. Hamımız azərbaycanlıyıq, ona görə çalışmaq lazımdır ki, insanlar qurbanlarını normal şəkildə alıb kəsə bilsinlər”.




Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər