Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi Vaqif Əsədov uzun müddət sonra toy məclislərindən birində görüntülənib.
"Bakupost" xəbər verir ki, yayılan görüntülərdə Vaqif Əsədovun məclisdə rəqs etdiyi anlar əks olunub.
V.Əsədovun rəqsi diqqət çəkib.
Qeyd edək ki, V.Əsədov uzun müddət Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi və mətbuatla əlaqələr üzrə məsul şəxs olub. O, 2022-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
Lalə, BakuPost