Ru
22:54 / 05 Noyabr 2024

Xaçmazda ağır qəza: ölən var - YENİLƏNDİ

Xaçmazda ağır qəza: ölən var -  YENİLƏNDİ
Eye

Bu gün günorta saatlarında Xaçmaz şəhərində "Xaçmaz dairəsi" adlanan ərazidə "Kamaz" markalı yük avtomobili piyada kişini vurub.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, cəsədin Quba rayonunun Vəlvələ kənd sakini 75 yaşlı Cəbrayıl Zamanlıya aid olduğu müəyyənləşdirilib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

***

Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün Bakı prospektində qeydə alınıb.

Yolu keçmək istəyən piyadanı yük avtomobili vurub. Nəticədə ağır xəsarətlər alan piyada hadisə yerində ölüb. Hazırda onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar