Ru
15:09 / 26 Oktyabr 2024

Xoşqədəm Gürcüstanda seçkilərə müdaxilə edib?

Xoşqədəm Gürcüstanda seçkilərə müdaxilə edib?
Eye

Gürcüstanın Vahid Milli Hərəkat partiyasının üzvü Nərgiz Əliyeva azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızını ölkədə keçirilən seçkilərə müdaxilədə ittiham edib.

Bakupost.az xəbər verir ki, partiya üzvü bunu özünün Feysbuk səhifəsində yazıb.

“Xoşqədəm Hidayətqızı açıq şəkildə təbliğat aparıb, başqa ölkədə keçirilən seçkilərdə konkret partiyanı dəstəkləməyə çağırıb”, - o bildirib.

O, bunun həm beynəlxalq hüququn, həm də Azərbaycanda media qaydalarının pozulması olduğunu vurğulayıb. Qeyd edib ki, bununla bağlı ARB-yə rəsmi məktub göndəriləcək.

Məlumata görə, Hidayətqızı həmçinin Gürcüstanda yaşayan Azərbaycan icmasını Ukraynanı xatırlamağa çağırıb və deyib ki, Gürcüstanda hakim partiyanın dövründə hər şey sabit, dinc və Ukraynadan fərqlidir.

Əliyeva paylaşımında Hidayətqızının bu məlumatı haradan aldığını, xüsusən də Gürcüstan ərazisində mümkün hərbi münaqişələrlə bağlı açıqlamalarını sorğulayıb.

O, həmçinin Gürcüstan və Azərbaycanın müvafiq qurumlarından bu məsələ ilə dərhal məşğul olmağı tələb edib və Hidayətqızını üzr istəməyə çağırıb.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar