Ceyranbatan qəsəbəsində yerləşən “Eko Park” yaşayış kompleksinin sakinləri lift problemindən əziyyət çəkirlər.
Bakupost.az xəbər verir ki, köçdükləri gündən bu problemlə qarşı-qarşıya olduqlarını deyən sakinlər artıq boğaza yığılıb: "Ötən gün qızım bazardan gəlirdi. Əli dolu idi. Aşağıdan kömək ediblər, yuxarı çıxmasına. Belə olmaz axı!? Bunun yaşlısı, hamilə olanı, uşaqlısı var..."
Qeyd edək ki, yaşayış kompleksinin bəzi bloklarına liftin işlədiyi görünsə də, qapısı açılmır. Bəzi bloklarda isə ümumiyyəttlə, lift işləmir.
Daha ətraflı ATV xəbər-in süjetində: