Ru
14:46 / 08 Avqust 2024

"Zəngəzur dəhlizi tərəfdən təhdid olsa, neytrallaşdırılmalıdır" - Pənah Hüseyn

1629
Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması məsələsinin sülh razılaşmasından çıxarılması və bu məsələnin həllinin daha sonraya saxlanılmasıyla bağlı ilkin razılaşma əldə olunub.

Ehtimal edilir ki, yaxın aylarda iki ölkə arasında çərçivə sülh sazişi imzalanacaq. Paralel olaraq isə sərhəd məsələlərii və kommunikasiyaların açılması ilə bağlı danışıqlar davam etdiriləcək.

Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sözügedən razılaşmanı doğru hesab etmədiyini deyib.

“Mən hesab edirəm ki, Zəngəzur dəhlizi bizim milli təhlükəsizlik məsələmizdir və o həll olunmadan imzalanacaq sülh müqaviləsi qüsurlu müqavilədir”, - AXP sədri deyib.

ABŞ-ın Ermənistana yeni nəsil silahlar verməsi məsələsinə gəlincə, Pənah Hüseyn Zəngəzur dəhlizi tərəfdən Azərbaycana təhdid olarsa, onun neytrallaşdırılmasının vacib olduğunu bildirib:

“Azərbaycanın özünümüdafiə hüququndan çıxış edərək bu istiqamətdə addımlar atmaq haqqı var”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar