Ru
16:28 / 01 Aprel 2024

“Ziyalıya bu cür münasibət cəmiyyətimizin qüsurudur” - Qafar Çaxmaqlı

“Ziyalıya bu cür münasibət cəmiyyətimizin qüsurudur” - Qafar Çaxmaqlı
Eye

Xəbər verdiyimiz kimi, kirayə yaşadığı evdən kitablarıyla birlikdə küçəyə atılan professor Fazil Qaraoğlu beş gündür ki, küçədə gecələyir. Professorun düşdüyü ağır durumla əlaqədar “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu imkanlı şəxslərə çağırış edərək ona yardım göstərmələrini istəyib.


Bakupost.az -a açıqlamasında Türkiyədə yaşayan siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlı da professor Fazil Qaraoğlunun üzləşdiyi vəziyyətlə bağlı narahatlığını bildirib.


“Bu olayı ürək ağrısı ilə qəbul edirəm. Bir ziyalıya qarşı bu cür münasibət cəmiyyətimizin qüsurudur. Məlum olduğu kimi, mən Azərbaycanda deyiləm. Amma atılan hər hansı addıma dəstək verməyə hazıram”, - deyə Çaxmaqlı bildirib.




Vasif Əlihüseyn
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar