Ru
11:16 / 01 Oktyabr 2025

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni açıqlama

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni açıqlama
Eye

Ötən ilin dekabr ayında AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı cinayət işi davam edir.

Bakupost.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Rusiya, Qazaxıstan və Azərbaycan tərəfindən bu işin istintaqı aparılır, birgə əməkdaşlıq edilir:

"Ümid edirik ki, bu işin də istintaqı məntiqi nəticəsini tapacaq".

Baş Prokuror bildirib ki, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı Azərbaycan Prokurorluğu ilə yanaşı, Rusiya prokurorluğunda araşdırma aparılır.

O qeyd edib ki, Rusiyada da zor tədbiq edilməsi və işgəncə faktları bağlı ayrıca istintaq aparılır:

"Bu işlə də Rusiya ilə əməkdaşlıq edirik, əməliyyat tədbirləri ilə əsaslı güc tədbiq edilməsi və işgəncə verilməsi faktlarını nəzərdə tuturam. Qanuni və məntiqli sonu olacağına inanıram".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar