Ru
11:32 / 01 Oktyabr 2025

Mərkəzi Bankdan İran valyutası ilə bağlı vacib qərar

Mərkəzi Bankdan İran valyutası ilə bağlı vacib qərar
Eye

Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) İran rialının manata qarşı məzənnəsinin müəyyən edilməsini dayandırıb.

Bakupost.az yurd.media-ya istinadən xəbər verir ki, qurumun internet səhifəsində açıqladığı valyuta məzənnələrində islam respublikasının milli valyutası ilə bağlı göstərici öz əksini tapmayıb.

Bununla bağlı rəsmi açıqlama yoxdur, amma rialın məzənnəsinin müəyyən edilməməsi, çox güman ki, qonşu ölkədə hazırlıq gedən denominasiya ilə bağlıdır. Xatırladaq ki, bu il avqustun 4-də İran parlamentinin İqtisadiyyat komitəsi rialın adını dəyişdirmədən yenidən denominasiya haqqında qanun layihəsini təsdiqləyib. Sənədə əsasən, bir yeni rial 10 min köhnə riala bərabər olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar