Ru
09:47 / 01 Oktyabr 2025

Kamran Əliyev Adnan Əhmədzadə barədə: “İndi nəsə demək düzgün deyil”

Kamran Əliyev Adnan Əhmədzadə barədə: “İndi nəsə demək düzgün deyil”
Eye

Baş prokuror Kamran Əliyev son günlər həm ölkə, həm də dünya mediasında geniş müzakirə olunan iş adamı Adnan Əhmədzadənin həbsi ilə bağlı açıqlama verib.

Bakupost.az xəbər verir ki, baş prokuror hazırda sözügedən iş üzrə ibtidai istintaq hərəkətlərinin davam etdirildiyini bildirib.

“Bununla bağlı istintaq orqanı araşdırma aparır. İndiki dövrdə nə isə demək düzgün deyil”, - K.Əliyev qeyd edib.

Xatırladaq ki, Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar