Bir həftə əvvəl hökumət nümayəndələri Sədərəkdəki "Naxçıvanbank"ın bankomatını söküblər. Bir neçə gün əvvəl isə rayon xəstəxanasının bəzi aparatları sökülüb və Şərura aparılıb.
Bakupost.az xəbər verir ki, bu məlumatı politoloq Heydər Oğuz rayondakı mənbələrinə istinadla paylaşıb.
O bildirib ki, hər iki hadisəni sakinlər rayonun ləğvinə hazırlıq kimi dəyərləndiriblər.
Qeyd edək ki, bundan öncə Heydər Oğuz kiçik rayonların birləşdirilməsi təşəbbüsü ilə çıxış edib. O, xüsusilə 3 kəndi (1 kəndi işğal altındadır) və bir neçə min əhalisi olan, cəmi 220 km.km sahəni əhatə edən və ölkəmizin ən kiçik rayonu olan Sədərək rayonunu misal kimi göstərmiş, bu cür kiçik rayonlarda inzibati struktura xərc çəkməyi artıq hesab etdiyini bildirmiş, həmin vəsaitin orada yaşayan insanlara yönəldilməsini təklif etmişdi.
Asena,
BakuPost