Ru
10:24 / 20 Sentyabr 2021

"Azərbaycanda inflyasiya səviyyəsi realda daha yüksəkdir" - Keçmiş nazir

7737
"Azərbaycanda bu il ərzində inflyasiyanın səviyyəsinin 4-4,6 faiz gözlənildiyi deyilsə də, realda inflyasiya daha yüksəkdir".

Bunu Bakupost.az -a iqtisadçı, sabiq maliyyə naziri Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, ərzaq məhsullarının qiymətləri durmadan artır:

“İndi bizdə işbazlar tərəfindən qiymətlərin artırılmasında belə bir siyasət yürüdülür: az-az , tez-tez. Məsələn, hər hansı məhsulun qiymətini birdən-birə 50 qəpik artırmırlar. Bu məbləği 3 ay ərzində günlərə bölürlər və gündə, 2, 3 qəpik artıra-artıra istədikləri artımı əldə etmiş olurlar. Ancaq bu artım gözə görünmür və insanlarda da bu, o qədər qıcıq, narazılıq yaratmır və ciddi bir artım kimi gözə çarpmır. Buna görə də “az-az, tez-tez” prinsipi son illərdə monopolistlər arasında xüsusilə dəbdədir”.

Ayan Əlizadə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər