Ru
16:19 / 10 Noyabr 2021

Azərbaycanda insanlara vaxtı bitmiş “Pfizer” vaksini vurulur - TƏBİB-dən açıqlama

Azərbaycanda insanlara vaxtı bitmiş “Pfizer” vaksini vurulur - TƏBİB-dən açıqlama
Eye

Bakıda “Leyla Medical Center”ə vaksinasiya üçün gedən vətəndaşlara peyvəndin istifadə müddətinin bitdiyi deyilib.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şikayət xarakterli məlumatlar paylaşılıb.

Qeyd edilir ki, digər klinikada tibb bacısına üçüncü doza vaxtı keçmiş “Pfizer” vaksini vurulub.


Bəs vaxtı keçmiş vaksini vurdurmaq təhlükəli deyilmi?

Məsələ ilə bağlı “Leyla Medical Center”lə əlaqə saxladıq.

Qeydiyyat şöbəsindən bildirildi ki, “Pfizer” vaksinin istifadə müddəti noyabrın 9-da bitib:

“Əgər könüllü olaraq bu vaksini vurdurmaq istəyirsinizsə, gələ bilərsiz. Vaksinin vaxtını ÜST daha üç ay uzadıb”.

“Bəs vaxtı keçmiş vaksin orqanizm üçün təhlükəli deyilmi” sualına isə klinikadan belə cavab verilib: “Bunun məsuliyyəti bizim üzərimizdə deyil, istəyirsiniz vurdurun, istəmirsiniz vurdurmayın. Öz seçiminizdir”.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Bakupost.az -a əlavə edildi ki, ÜST, Avropa Dərman Agentliyi, ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq COVID-19 əleyhinə vaksinasiyada “Pfizer/Biontech” preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib:

“Məktuba əsasən “Pfizer/Biontech” preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan “Pfizer/Biontech” vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədə uzadılıb”.

Fəridə Söhrabqızı
BakuPost


Şərhlər
  • Anar mecidov

    Baki

  • Abbas

    Məgər bu proseslərə TƏBİB rəhbərlik etmir? Bəs bu nə deməkdir?Bu ölkədə niyə nəzarəti itiriblər?

  • Hərbi pensiyaçı

    Azərbaycan xalqının üzərində təcrübə keçməyin. Onsuzda qida, aptek, geyim və s. monopolist məmurlar 30 ildir bu təcrübəni aparırlar.

  • Tahir

    Görünür ÜST- ün baş katibi qarabala Tedros Qebresius dərindən nəfəs alıb ordunu şişirdərək nətəhər Genevrədən Bakıya üflüyübsə burda vaksinlər flakonun içində ayıl- mayıl olub və kefiyyətini srazı daha üç yaylıq müddətə yaxşılaşdırıb. Əminəm ki, Tedrosun bu marofonfason, əsrarəngiz, analoqu vapşe və obsalyutno olmayan üfləməsindən sonra vaksinlər də adama ləzzət eləyəcək.

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar