Ru
22:59 / 20 Aprel 2026

Azərbaycanda məşhur iş adamı villasına mebel alıb, amma pulunu ödəmir? - VİDEO

Azərbaycanda məşhur iş adamı villasına mebel alıb, amma pulunu ödəmir? - VİDEO
Eye

Mebel mağazasının sahibi aldadıldığını iddia edir.

Bakupost.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət türkiyəli iş adamı, "Massimo Group" MMC-nin rəhbəri Necip Kösedən gedir.

Onun sözlərinə görə, ötən ilin avqustunda müştəri Bayram Yusifov dəniz kənarında yerləşən villası üçün şirkətdən mebel sifariş edib. O iddia edir ki, şirkət bir neçə otaqdan ibarət villanın bütün otaqlarını 200 min manatlıq mebellə təchiz etdikdən sonra villa sahibi pulu ödəməkdən boyun qaçırıb.


İş adamı iddia edib ki, dəfələrlə borclu ilə danışaraq borcu ödəməsini bildirsə də, müsbət cavab almayıb. Məsələdə adı çəkilən Bayram Yusifov isə bu məsələyə görə türkiyəli iş adamını məhkəməyə verdiyini bildirib.

Qeyd edək ki, mebel təminatı ilə bağlı qanuni sənədlər, tərəflər arasında bağlanmış müqavilə də mövcuddur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar