Ru
22:50 / 20 Aprel 2026

"X" sosial şəbəkəsinin işində problemlər yarandı

"X" sosial şəbəkəsinin işində problemlər yarandı
Eye

Müxtəlif ölkələrdə istifadəçilər "X" sosial şəbəkəsinə girişdə problemlər yaşayırlar.

Bakupost.az xəbər verir ki, platformada nasazlıqlar Bakı vaxtı ilə saat 21:00-da müşahidə olunmağa başlayıb.

Belə ki, istifadəçilər paylaşımların görüntülənməsi və kontentlərə daxil olmaqda çətinlik çəkidiklərini bildiriblər. Eyni zamanda, paylaşımların gec yüklənməsi, profil səhifələrinə girişdə də problemlər qeydə alınır. Problemlər "X"in mobil tətbiqində və veb-saytında müşahidə olunur.

"X"dən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar