Ru
22:31 / 20 Aprel 2026

Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi
Eye

Amerikalı aktyor Patrik Maldun 57 yaşında dünyasını dəyişib.


Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.

Məlumata görə, aktyorun ölümünə səbəb ürək çatışmazlığı olub.

Patrik Maldun 27 sentyabr 1968-ci ildə Los-Ancelesdə anadan olub. O, "Days of Our Lives" serialındakı rolu ilə məşhurlaşıb. 1997-ci ildə isə "Ulduz desantı" filmində leytenant Zander Barkalou rolunu canlandırıb. Film kult status qazanaraq onun yaradıcılığında mühüm yer tutub.

Karyerası ərzində Maldun dram, melodrama, fantastika və döyüş janrlarını əhatə edən 50-dən çox filmdə çəkilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar