Ru
22:22 / 20 Aprel 2026

Azərbaycanlı senator qiyabi həbs olundu

Azərbaycanlı senator qiyabi həbs olundu
Eye

Moskva məhkəməsi VTB bankının keçmiş baş vitse-prezidenti Aleksandr Ter-Avanesovu dələduzluqda ittiham edərək qiyabi şəkildə həbs edib.

Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, Meşanski rayon məhkəməsinin qərarı ilə Ter-Avanesov barəsində həbs qətimkan tədbiri seçilib.

Qərara əsasən, o, Rusiyaya ekstradisiya və ya deportasiya edildiyi halda hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan etibarən və ya Rusiya ərazisində faktiki saxlanıldığı andan başlayaraq iki ay müddətinə həbs olunacaq.

Məlumata görə, Ter-Avanesova qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə qiyabi ittiham irəli sürülüb.

Onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Cinayət işi 2023-cü ilin iyun ayında başlanıb və onunla bağlı azı altı cinayət işi bir icraatda birləşdirilib.

Qeyd edək ki, Aleksandr Ter-Avanesov Azərbaycan əsillidir. O, 2006–2015-ci illərdə Kostroma Vilayət Dumasını təmsil edən Federasiya Şurasının üzvü, 2015–2016-cı illərdə Kostroma Vilayət Dumasının deputatı olub. 2016–2023-cü illərdə isə VTB bankında baş vitse-prezident vəzifəsində çalışıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar