Ru
10:50 / 14 Aprel 2022

Tanınmış jurnalist Zahir Əmənov saxlanıldı - YENİLƏNİB

6857

Xəbər verdiyimiz kimi, Masallıda hədə-qorxu ilə pul tələb edən KİV rəhbəri saxlanılıb.


Bakupost.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, aprelin 13-də rayonun Sığdaş kənd icra nümayəndəsi İsrafil Əliyev Polis Şöbəsinə müraciət edərək “cənub.az” saytının rəhbəri Zahir Əmənovun ondan 1500 manat pul aldığını iddia edib.


Şikayətdə qeyd olunub ki, Z.Əmənov icra nümayəndəsi övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyib.


Sayt rəhbəri saxlanılıb və barəsində hədə-qorxu ilə tələb etmə ittihamı ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.



***

10:24



Azərbaycanda sayt rəhbəri saxlanılıb.


Bakupost.az bildirir ki, bu barədə Report-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev məlumat verib.

Bildirilib ki, "cenub.az" xəbər portalının rəhbəri Zahir Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məsəlləsinin 182.1-ci maddəsilə cinayət işi başlanılıb.

İstintaq hərəkətləri davam etdirilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər