Ru
13:25 / 18 Oktyabr 2021

Azərbaycanın dünyaya inteqrasiyası - Hansı işlər görülüb və perspektivdə nələr var?

26389
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra qarşıya qoyulan prioritet vəzifələrdən biri də Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını təmin etmək, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri möhkəmləndirmək və həmin qurumların fəal üzvünə çevrilmək idi. Söz yox ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirirdi. Ancaq həmin dövrdə ölkədəki qeyri-sabitlik bu əlaqələrin inkişafına mane olurdu. Lakin, ümummilli liderin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycan dövlətçiliyini möhkəmləndirməyə, inkişaf etdirməyə, milli mənafeləri qorumağa yönəlmişdir. Həmin dövrdən başlayaraq, ölkəmizin xarici siyasəti beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurulub.



Mövzu ilə bağlı Bakupost.az -a danışan millət vəkili Ramil Həsən bildirib ki, bu gün Ulu öndər Heydə Əliyevin siyasi kursunun davamçısı cənab Prezident İlham Əliyev, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırması, beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzunun daha da gücləndirib və qüvvətləndirməsi, şübhəsiz ki, Azərbaycanın regionda və dünyada qüdrətli bir dövlət olmasının sübutudur:



“Eyni zamanda cənab Prezidentin başçılığı ilə Azərbaycanın xarici siyasət strategiyasındakı milli maraqlarımıza xidmət edən bir çox amillər uğurlu şəkildə həyata keçirilməkdədir.

Azərbaycan bölgə, region, dünya üçün əhəmiyyətli və önəmli ölkələrdəndir. Dünyanın bilavasitə gündəmində olan mövzularla, xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizə, eyni zamanda bölgəmizdə sülhün və təhlükəsizliyin təmin olunması, dövlətlərarası münaqişələrin sülh yolu ilə həlli, təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə həll olunması, dövlət sərhədlərinin toxunulmazlığı kimi bir çox addımlar Azərbaycan dövləti və onun rəhbəri cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan Prezidentinin BMT-nın 76-cı Sessiyasında, həm Qoşulmama Hərəkatının Fəaliyyətdə olan Sədri, həm də Azərbaycan Prezidenti olaraq etdiyi tarixi nitq, ölkəmizin milli maraqları çərçivəsində qardaş ölkələri bir araya gətirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının uğurlu fəaliyyət göstərməsi güclü bir ölkə olduğumuzun mükəmməl bir örnəyidir:

“Hazırda Türk Şurasına fəaliyyətdə olan sədr kimi rəhbərlik edən cənab Prezidentin, Türk dövlətləri arasında əlaqələrin güclənməsi, iqtisadi, siyasi, sosial münasibətlərin daha da çoxşaxəli inkişaf trayektoriyasına sahib olması, həm region ölkələri, həm də dünya ilə bağlı həyata keçirdiyi xarici siyasət strategiyası uğurla davam edir”.

2011-ci ilin may ayında Qoşulmama Hərəkatına üzv seçildikdən sonra Azərbaycanın təşkilatın işində daim fəal iştirak etdiyini diqqətə çatdıran deputatın sözlərinə görə, məhz bu fəallığın nəticəsidir ki, Azərbaycan Respublikası 2019-cu ilin 25-26 oktyabrında Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi edib:

“Ölkəmizin xarici münasibətlərə, beynəlxalq təşkilatlara inteqrasiya prosesinin uğurlu nəticələrindən biri kimi Qoşulmama Hərəkatını qiymətləndirmək olar.


Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilat daxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bu mənada, ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı zamanı da bu məqamları xüsusi vurğulayıb.




Əminik ki, yaxın gələcəkdə Azərbaycan və Türkiyə prezidentlərinin təqdim etmiş olduğu, bölgə ölkələrinin maraqlarına xidmət edən, Qafqazın və bölgənin sülh, təhlükəsizlik, əminamanlıq şəraitində çalışması, irimiqyaslı Asiya və Avropanı biri birinə bağlayacaq enerji layihələrinin, infrastruktur proyektlərinin və komunikasiya xətlərinin keçməsi, nəzərdə tutulan Qafqaz və Zəngəzur koridorunun açılması, eyni zamanda Azərbaycan və Türkiyə prezidentlərinin təklif etmiş olduğu 6-lı Platformanın da yüksək əhəmiyyətli və vacib olduğunu deyə bilərik.

Şübhəsiz ki, bütün bu proseslər çərçivəsində, Azərbaycanın öz maraqlarını əldə əsas tutaraq sərhədlərini möhkəmləndirməsi, Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı dəfələrlə etmiş olduğu çağırışlar, Rusiya sülhməramlılarının Qarabağda mövcud fəaliyyəti, İranla olan mövcud münasibətlər və digər bütün aspektlərdən baxtığımızda, Azərbaycan hər bir addımda öz dövlətinin milli maraqlarını ən ümdə, ən əsas, ən yüksək nöqtədə tutmuşdur. Bu, bilavasitə cənab prezident İlham Əliyevin həm mükəmməl dövlət xadimi, inanılmaz sərkərdə, ölkəsinə, millətinə, dövlətinə bağlı, xalqın, millətin lideri kimi və mükəmməl diplomat kimi atmış olduğu addımların tarixi təcəssümü kimi qəbul olunmalıdır.

Azərbaycan dövləti dünya beynəlxalq münasibətlər sisteminin layiqli tərkib hissəsidir.

Azərbaycan qlobal problemlərin birgə və bərabər həlli ilə bağlı səylərini Azərbaycan Prezidentinin başçılığı altında uğurla davam etdirir. Əminəm ki, yaxın gələcəkdə Azərbaycan region üçün təhlükəsizliyin və sülhün təmin olunması, daha böyük irimiqyaslı, meqa, Avropa və Asiya üçün layihələrin həyata keçirilməsində də əsas açar rolunu oynayacaqdır”.

Ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığını inkişaf etdirilməsindən bəhs edən politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, Azərbaycanın xarici siyasət strategiyasında beynəlxalq təşkilatlarla, xarici və region ölkələri ilə əməkdaşlığı strateji xətt sayılır.



Xüsusilə Azərbaycan xarici siyasətində avro-inteqrasiya istiqamətdində çox ciddi siyasət həyata keçirir:

“Azərbaycanın Vətən müharibəsindən sonra həyata keçirdiyi siyasət regionda çağırışların formalaşmasına gətirib çıxarıb. Bu istiqamətdə regionda geosiyasi nizam dəyişib. Azərbaycan 2-ci Qarabağ müharibəsindən sonra Zəfər əldə edərək öz nüfuzunu daha da gücləndirdi. Azərbaycan elə bir situasiya yaradıb ki, beynəlxalq nizamın gündəmini də dəyişə bilir.


Bundan əlavə Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyanın aradan qaldırılması, terrorizmə və beynəlxalq kiber təhlükəsizliyə qarşı mübarizə istiqamətində də fəal siyasət ortaya qoyur.

Ümumiyyətlə, Azərbaycan region ölkələri ilə qarşılıqlı etimad, sülh şəraitində fəaliyyətini davam etdirir. Amma təəssüflər olsun ki, Ermənistanın qeyri-konstruktiv siyasəti, son vaxtlar İranın Azərbaycana qarşı böhtanları regionda ümumi təhlükəsizlik balansını pozur. Amma buna baxmayaraq Azərbaycan tərəfi öz xarici siyasəti ilə həm beynəlxalq təşkilatlar, həm də dünya, həm də region ölkələri ilə qarşılıqlı maraq doğuran sıx əməkdaşlığını davam etdirir. Bu əməkdaşlıq regionda yalnız sülhə, təhlükəsizliyə, Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlib”.


Azərbaycanın dövlətlərarası xarici siyasətindən bəhs edən Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib ki, Azərbaycan dövlətlər arasında ikitərəfli münasibətlərin artmasına istiqamətlənmiş öz xarici siyasət davranışını davam edəcəkdir.


“Qloballaşan dünyada hər bir dövlət üçün prioritet istiqamətlərdən biri də onun beynəlxalq münasibətlər sistemində tutduğu mövqe ilə bağlıdır. Həm beynəlxalq təşkilatlarla, həm də dövlətlər arasında olan ikili tərəfdaşlıq münasibətləri müxtəlif həlledici məqamlarda böyük rol oynayır. Azərbaycan bu istiqamətdə ciddi işlərin nəticələrini ötən il 44 günlük Vətən müharibəsində gördü”.

Politoloq bildirib ki, Azərbaycan coğrafi cəhətdən kiçik dövlət olmasına baxmayaraq, kifayət qədər ciddi işlər görüb:

“Qoşulduğu təşkilatlardan biri də Qoşulmamama Hərəkatıdır ki, 2011-ci ildən başlayan üzvlüyümüz, 2019-cu ildə sədrliyin bizə keçməsi ilə nəticələnib. Nəticə etibarı ilə Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi artıq beynəlxalq platformaları təklif edən və dünyanın yarısından çox dövlətlərinin faktiki olaraq təmsilçisi funksiyasınıı daşıyan dövlətdir.



Bundan başqa Avropa İttifaqı, Avropa Şurası, Avropa Şurası Parlament Asambleyası ilə də ölkəmizin ciddi şəkildə əlaqələri vardır. Biz Avropa İttifaqı ilə tərəfdaşlığımızda, bir çox MDB ölkələrindən fərqli olaraq Azərbaycanın maraqlarının nəzərə alınmasını daim üst xətt kimi qoyub, prioritet hesab edirik. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər də əslində, regional təhlükəsizlik baxımından ən ideal münasibətlərdir. Eyni zamanda NATO ilə Azərbaycan uzun müddətdir ki, əməkdaşlıq edir. NATO-da bunu daim yüksək qiymətləndirirlər. Həmçinin Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda nüfuzumuzu qoruyub saxlaya bilmişik”.


Müsahibimiz vurğulayıb ki, müxtəlif dövlətlərlə ikili münasibətlərin yüksək səviyyəyə qaldırılması rəsmi Bakı üçün əsas məsələlərdəndir:

“Cənubi Qafqazdakı reallıqların dünya ictimaiyyətinə çatdırılması, erməni diasporlarının yanında olan lobbilərə qalib gəlmək üçün xarici siyasətdə rasional davranış çox vacib idi. Baxmayaraq ki, informasiya müharibəsinə, bu istiqamətdə diplomatik işlərə bir qədər gec başladıq. Amma bu az zaman kəsiyində nailiyyətlər kifayət qədər böyükdür. Bu nailiyyətin ən böyük nəticəsi məhz Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərdir. Bu Zəfər bütün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara, beynəlxalq birliklərə ölkəmizin xarici və daxili gücünü bir daha göstərdi”.


Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq hazırlanması “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Fəridə Söhrabqızı


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər