Ru
22:32 / 05 Noyabr 2025

Azərbaycanlı gənclər Tiflisdə döyüldü - VİDEO

Azərbaycanlı gənclər Tiflisdə döyüldü - VİDEO
Eye

Tbilisidə qrup halında zorakılığın təşkili və iştirakında ittiham olunan Manana Giorqobiani saxlanılıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

İstintaqla müəyyən edilib ki, noyabrın 2-də gecə saatlarında Manana Giorqobiani Tbilisidəki supermarketlərdən birində çalışan 2006-cı il təvəllüdlü T.M. və 2004-cü il təvəllüdlü E.M. adlı işçiləri təhqir edib. Bundan sonra o, tanışı 1996-cı il təvəllüdlü C.Ç. adlı şəxslə əlaqə saxlayıb. Həmin şəxs bir neçə nəfərlə hadisə yerinə gəlib, onlar supermarketin iki əməkdaşını küçəyə çıxarıblar və fiziki zorakılığa məruz qoyublar.

Hüquq-mühafizə orqanları cinayət əməlinin altı iştirakçını müəyyən ediblər. Cinayətdə əli olan digər şəxslərin yerlərinin müəyyən olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq istintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməlinə görə 9 ilədək həbs cəzası nəzərdə tutulur.

İctimai fəal Samirə Bayramova bildirib ki, döyülən gənclər azərbaycanlılardır, biri Dmanisi, digəri isə Qaraçöp bölgəsindəndir:

“Hər ikisi ağır xəsarətlər alıb. 2006-cı təvəllüdlü gəncə kəllə-beyin travması diaqnozu qoyulub və ona bir aylıq yataq rejimi tövsiyə edilib”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar