Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin "Çelsi" komandası ilə üz-üzə gələn "Qarabağ"a dəstək verib.
Bakupost.az xəbər verir ki, səfir bununla bağlı "X"dəki hesabında paylaşım edib.
"Artıq çox az vaxt qalıb. Oyunu izləməyə tam hazıram. "Qarabağ"a uğurlar", - səfir üzərində "Qarabağ"ın loqosu olan köynəyini paylaşaraq dəstəyini ifadə edib.