Volqoqrad vilayətinin Kotovo şəhərində “LUKOYL-Korobkovski QPZ” MMC-yə məxsus qaz emalı zavodu Ukrayna pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Bakupost.az xəbər verir ki, bu barədə region hakimiyyəti və yerli sakinlər sosial şəbəkələrdə məlumat yayıblar.
Peyk görüntüləri ilə də təsdiqlənən məlumatlara görə, müəssisə ərazisində iki yanğın ocağı qeydə alınıb.
Korobkovski qaz emalı zavodu Rusiya Federasiyasının Cənub Federal Dairəsində təbii qazın emalı üzrə ən iri müəssisələrdən biridir. Zavodun illik istehsal gücü 450 milyon kubmetr təşkil edir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə ölkə ərazisində ümumilikdə 19 Ukrayna PUA-sı vurulub. Onların ən çoxu(10-u) Volqoqrad vilayəti üzərində vurulub.
Hücumla əlaqədar Saratov, Samara və Volqoqrad hava limanlarının fəaliyyətinə məhdudiyyətlər qoyulub.
Lalə, Bakupost