Ru
13:33 / 07 İyun 2017

AzTV və İTV-də - Yeni təyinatlar

3488
İctimai televiziyada və AZTV-də yeni təyinatlar olub.

 

Lent.az xəbər verir ki, əməkdar jurnalist Natiq Abdullayev "Carçıfilm” Yaradıcılıq Birliyinin direktoru təyin edilib. Bundan başqa 2 gün əvvəl şirkətin informasiya departamentinin direktoru vəzifəsindən azad edilən Telman Məmmədov (Nəzərli) AZTV-nin Hərbi-vətənpərvərlik redaksiyasına rəhbər təyin edilib.

 

Qeyd edək ki, son günlərdə adları qeyd edilən telekanallarda xeyli rəhbər şəxsin vəzifələri dəyişdirilib. Azad Azərbaycan Teleradio Yayım Şirkətinin sabiq vitse-prezidenti Həsən Abdullayev İctimai Televiziyanın baş direktor müavini vəzifəsinə təyin olunub. Bundan başqa İTV-nin informasiya departamentinin direktoru vəzifəsindən çıxarılan Telman Məmmədovun yerinə direktor müavini Ələsgər Vəliyev təyin edilib. Həmçinin Gənclər, elm və təhsil departamentinin rəhbəri Zaur Mahmudov postundan uzaqlaşdırılıb. Bu vəzifəyə "Carçıfilm” Yaradıcılıq Birliyinin direktoru Rauf Rəcəbov gətirilib.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər