Bağını sığortalatdırsa da, dəymiş zərərə görə ödənişini ala bilmir...
Bakupost.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Saatlı rayonunun Mustafabəyli kənd sakini Vüqar Xəlilov üzləşdiyi problemlə bağlı mediaya müraciət edib. O deyir ki, nar bağını risklərdən qorumaq üçün Aqrar Sığorta Fonduna müraciət edərək sığorta etdirib. Ona göndərilən “SMS” bildirişində göstərilib ki, fermerin bəyan etdiyi 3 hektar 26 sot nar sahəsi sığortalanıb.
Fermer iddia edir ki, dolu və subasma nəticəsində bağına ziyan dəysə də, sığorta ödənişi edilmir.
Bağ sahibi bildirir ki, iyun ayında baş verən dolu və subasma zamanı nar dözümlü ağac olduğundan məhsuldarlığa o qədər təsiri olmayacağını düşünüb. Buna görə də Aqrar Sığorta Fonduna 3 ay sonra məlumat verib.
Onun iddiasına görə, aparılan araşdırma obyektiv olmayıb və nəticədə zərərin miqdarı düzgün qiymətləndirilməyib.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.