Ru
13:18 / 08 Oktyabr 2025

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK - RƏSMİ

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK - RƏSMİ
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi tarixi açıqlanıb.

Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının 10-da ödəniləcək.

Daha sonra isə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Qeyd edək ki, 2025-ci ilin iyulun 1-i vəziyyətinə əsasən, Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 103,3 min pensiyaçı qeydiyyatdadır. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən artıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar