Ru
11:07 / 08 Oktyabr 2025

Bu ərazi plana düşdü: 1000-dən çox mülkiyyətə kompensasiya ödəniləcək

Bu ərazi plana düşdü: 1000-dən çox mülkiyyətə kompensasiya ödəniləcək
Eye

Dövlət ehtiyacları üçün tikinti işlərinin altına düşən mindən çox mülkiyyətə görə kompensasiya veriləcək. Şəmkir rayonunda bəzi mülkiyyətçilərə kompensasiya ödəniləcək.

Bakupost.az modern.az-a istnadla xəbər verir ki, bununla bağlı hazırlıq işlərinə başlanılıb.

Məlumata görə, Şəmkirçay təzyiq paylayıcı kollektorunun və suvarma şəbəkəsinin tikintisi layihəsi çərçivəsində bəzi torpaq sahələri tikinti altına düşüb.

Həmin torpaq sahələri üzrə mülkiyyətçilərə dəyən zərərin kompensasiyasının hesablanması ilə bağlı hazırlıqlara başlanılıb.

Məlumata görə, kompensasiya ödənişləri Şəmkir şəhəri, Zəyəm qəsəbəsi, Zəyəm Cırdaxan, Sabirkənd, Şiştəpə, Dəllər, Cəyir, Yeni Həyat, Qədim qala, Çaparlı, Keçili, Əliyaqublu, Çaparlı, Dəllər Cırdaxan, Dəllər Daşbulaq, Çinarlı qəsəbəsi, Düzqışlaq, Qaracəmirli, Qılıncbəyli, Yeni yol, Qarabağlar, Nərimanlı, Könüllü, Aşağı Seyfəli, Abbaslı, Mahmudlu kəndləri üzrə 953 xüsusi mülkiyyəti və 228 bələdiyyə mülkiyyətini əhatə edəcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti kompensasiyanın hesablanması üçün qiymətləndirmə işlərini həyata keçirəcək qiymətləndirici axtarışındadır. (Mənbə: iqtisadiyyat.az)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar