Ru
09:18 / 08 Oktyabr 2025

Məşhur aktyorun qızı "dirilmiş" atasından şikayət etdi

Məşhur aktyorun qızı "dirilmiş" atasından şikayət etdi
Eye

Məşhur Hollivud ulduzu Robbi Uilyamsın qızı Zelda pərəstişkarlarını ona atasının süni intellekt tərəfindən yaradılan videolarını göndərməməyə çağırıb.

Bakupost.az Oxu.Az-istinadla xəbər verir ki, bununla bağlı o, "Instagram" hesabında paylaşım edib.

Uilyams bu cür görüntüləri heç vaxt başa düşməyəcəyini etiraf edib. Zelda əmindir ki, atası buna qarşı olardı.

"Əgər məni trollamağa çalışırsınızsa, məni daha güclü trollayıblar. Mən sadəcə ötüb keçəcəyəm. Əgər sizdə az da olsa ləyaqət varsa, sadəcə mənə, ona və heç kimə qarşı bunu etməyin. Nöqtə. Bu axmaqlıqdır, bu sadəcə vaxt itkisidir", - deyə aktyorun qızı yazıb.

Xatırladaq ki, Robbi Uilyams 2014-cü il avqustun 11-də vəfat edib. Məşhur aktyor uzun illər ərzində alkoqol və narkotik asılılığı ilə mübarizə aparıb.

2025-ci ilin avqustunda britaniyalı müğənni Rod Styuart konsertlərində Ozzi Osbornun neyroşəbəkə tərəfindən yaradılan videosunu göstərməyə başlayıb.

Məlumata görə, "Forever Young" (ingiliscədən tərcümədə "Əbədi gənc" - red.) hitini ifa edərkən Rod Styuart Osbornun səmada digər məşhur musiqiçilərlə selfi etdiyi videonu təqdim edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar