Türkiyəli müğənni İrem Derici narkotikdən istifadəni təbliğ etməkdə ittiham olunur.
Bakupost.az “Qafqazinfo”ya istnadla xəbər verir ki, 38 yaşlı müğənni İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində jandarma qrupları tərəfindən Şişlidəki evində saxlanılıb.
Onun vəkili Ayşegül Mermer müğənninin saxlanmasını təsdiqləyib.
“İrem Dericinin ifadə verməsi üçün jandarma bölməsinə gedirik. Hələlik məsələ ilə bağlı rəsmi məlumat almamışıq. Proses aydınlaşdıqca ictimaiyyətə məlumat veriləcək”, - vəkil qeyd edib.
Son məlumata görə, İstanbulda narkotik istifadəsini təşviq etmək ittihamı ilə əməliyyat keçirib.
Əməliyyat çərçivəsində daha bir neçə tanınmışın saxlanıldığı bildirilir. Onların arasında Birce Akalay, Berrak Tüzünataç, Ceren Moray Orcan, Demet Evgar Babataş, Deren Talu, Derin Talu, Dilan Polat, Duygu Özaslan Mutaf, Engin Polat, Feyza Altun, Hadise Açıkgöz, İrem Derici, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Metin Akdülger, Özge Özpirinçci, Zeynep Meriç Aral Keskin, Ziynet Sali də var.