Ru
09:00 / 08 Oktyabr 2025

İt dişləyən məktəbli öldü

İt dişləyən məktəbli öldü
Eye

Tovuz rayon sakini Bakıda xəstəxanada vəfat edib.

Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, rayon sakini olan yeniyetməni təxminən bir ay öncə öz həyətlərində it dişləyib.

O, əvvəl Tovuz Rayon Mərkəzi Xəstəxanasına, sonra isə paytaxtda yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Yeniyetməyə göstərilən yardımlara baxmayaraq, bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, onun 5-ci sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar