Ru
09:38 / 08 Oktyabr 2025

Stepanyan: Naxçıvana yolu bu ərazidən çəkək!

Stepanyan: Naxçıvana yolu bu ərazidən çəkək!
Eye

Daim “dəhliz” (Zəngəzur dəhlizi - red.) məsələsindən danışılır, amma orada bu dəhlizə yer yoxdur. Mehridən dəmir yolu çəkmək olar, amma ona paralel yola yer yoxdur, orada dağ, coğrafiya, relyef buna imkan vermir. İnanıram ki, bu yolu Qarakilsədə (Sisian) çəkmək olar.

Bakupost.az Axar.az-istinadla xəbər verir ki, bunu erməni siyasi müşahidəçi David Stepanyan deyib.

“Bütün bunlar suallardır, çoxlarımızın təsəvvür etdiyi kimi deyil – biz onu veririk, orada hasar çəkirlər, dəmir yolu da, neft kəmərləri də, boru kəmərləri də, qaz kəmərləri də... Belə imkanlar yoxdur orda, ciddi coğrafi problemlər var. Tikinti işlərinə başlamazdan əvvəl sərhəd zonasının delimitasiyası və demarkasiyası aparılmalıdır və bütün bunlar böyük vəsait tələb edir. Sərhədi keçən azərbaycanlılar erməniləri yox, Amerika pasportlu Amerika şirkətinin əməkdaşlarını görəcəklər. İcra prosesi ilkin mərhələdədir. Artıq konkret vəsait ayrılıb, Amerikadan bu işlə məşğul olmaq üçün ABŞ adından konkret adamlar var, birgə komissiyalar yaradılır, baş nazirin müavinləri Zəngilana və Zəngəzur rayonuna gedib, delimitasiya və demarkasiya planlaşdırılır”, - o bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar