Bakıda daha bir ərazidə binalar plana düşüb, söküntü işlərinə başlanılır.
Bakupost.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 36A ünvanında yerləşən istismar müddətini başa vurmuş bir neçə 5 mərtəbəli yaşayış binasından gedir.
Layihəni həyata keçirən “Kursus Nizami” MTK-dan bildirilib ki, ərazidə 5 binanın söküntüsü baş tutacaq. 5 mərtəbəli köhnə binaları yeni, 16 mərtəbəli binalar əvəzləyəcək.
Sakinlərlə müqavilələr bağlanıb, buna uyğun olaraq bəziləri kompensasiya, bəziləri də inşa olunacaq yeni binadan mənzillərlə təmin olunacaqlar.
Daha ətraflı videomaterialda: