Ru
13:45 / 19 Dekabr 2017

“Grand Hospital”da əməliyyat zamanı daha bir ölüm

“Grand Hospital”da əməliyyat zamanı daha bir ölüm
Eye

Bakıda daha bir xəstə əməliyyat masasında dünyasını dəyişib.



Trend-in məlumatına görə, hadisə paytaxtda fəaliyyət göstərən "Grand Hospital"da baş verib. 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov özəl klinikada əməliyyat olunarkən dünyasını dəyişib.



Məlumata əsasən, N.Qasımovun ürəyində aorta damarının şuntlama əməliyyatı keçirilirmiş. Lakin əməliyyat zamanı onun səhhəti pisləşib və dünyasını dəyişib.



Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Onu da bildirək ki, bir müddət əvvəl dekabrın əvvəlində sözügedən klinikada 20 yaşlı qız əməliyyat zamanı komaya düşərək vəfat etmişdi.



Qeyd edək ki, ötən gün Bakıda "MedEra" hospitalında 1977-cü il təvəllüdlü Anar Musa oğlu Hümbətov əməliyyat zamanı ölüb.



“Grand Hospital”da əməliyyat zamanı daha bir ölüm
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar