Ru
13:49 / 17 Fevral 2026

Bakıdakı yanğında xəsarət alan var - TƏBİB

Bakıdakı yanğında xəsarət alan var - TƏBİB
Eye

17.02.2026-cı il tarixində 11:47 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, L.Tolstoy 7 küçəsində yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb. Məlumata görə, çağırış ünvanına 5 təcili tibbi yardım briqadası cəlb olunub.

Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.

Qeyd edilib ki, təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı (qadın) bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar