10.59
Yanvarın 1-də saat 18:30 radələrində Səbail rayonu, akademik Əhəd Yaqubov, 15 ünvanında yerləşən Baku City Kartinq-də ölüm hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxsin idarə etdiyi avtomobil digər avtomobillə toqquşub və nəticədə o, hadisə yerində həlak olub.
Faktla bağlı cinayət işi açılıb. Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Məsələ ilə bağlı Baku City Kartinq-lə əlaqə saxlamağa çalışsaq da, çoxsaylı zənglərimizə cavab vermədilər.
***
Yanvarın 1-i saat 18 radələrində “Baku City Karting”də baş verən faciənin bəzi təfərrüatları məlum olub.
Bakupost.az xəbər verir ki, əyləncə mərkəzində paytaxt sakinləri 2008-ci il təvəllüdlü Kamal Səfərli və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub. Hadisə nəticəsində Kamal Səfərli aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Zaur, BakuPost