Ru
19:33 / 27 Yanvar 2021

Baş DYP İdarəsindən Çingiz Özgürün ittihamlarına cavab

2032
Bu gün yazar Çingiz Özgürün bakupost saytında Baş Dövlət Yol Polis İdarəsini tənqid edən yazısına qarşı tərəf münasibət bildirib.
İdarənin şöbə rəisi Namidan Piriyevin redaksiyamıza göndərdiyi açıqlamanı təqdim edirik:
Məqalənin müəllifi Əliyev Çingiz Cəmşid oğlunun istifadəsində olan nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsi faktı 03 yanvar 2021-ci il tarixdə xüsusi texniki vasitə ilə qeydə alınmış və barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır.

Həmin qərarla bağlı vətəndaşın Baş DYP İdarəsinə daxil olan müraciəti araşdırılmış və elektron qərarın əsaslı olması, ona qarşı hər hansı qanun pozuntusuna yol verilməməsi barədə 14.01.2021-ci il tarixli məktubla cavab verilərək yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda texniki baxışla bağlı məlumatlar hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün www.asanpay.az rəsmi internet saytında yaradılan elektron kabinetdə yerləşdirilir və texniki baxışdan keçirilmə müddətinin bitməsinə dair mobil telefon nömrəsinə SMS məlumat göndərilir. Bununla yanaşı, vətəndaş məmnunluğunun təmin edilməsi üçün BDYPİ-nin “902 Qaynar xətt” xidməti fasiləsiz olaraq fəaliyyət göstərir və daxil olan zənglərin operativ cavablandırılması üçün müvafiq tədbirlər görülür.

Məqalədə qeyd olunan digər məsələlər isə həqiqəti əks etdirmir, yazarın qərəzli şəkildə ifadə etdiyi subyektiv fikirləridir.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər