Ru
16:45 / 07 Aprel 2023

Başqa ölkələrdə adları fərqlidir - Birdən çox adı olan 12 məşhur brend

Başqa ölkələrdə adları fərqlidir - Birdən çox adı olan 12 məşhur brend
Eye

Tez-tez qabağımıza çıxan bəzi böyük brendlərin 1-dən çox adı var.

Onlar digər ölkələrin yerli bazarlarına uyğunlaşmaq üçün adlarını dəyişir. Məsələn Algida-nın 13 fərqli adı var.

Bakupost.az 1-dən çox adı olan 12 brendi təqdim edir.




1. BURGER KING - Avstraliyada "Hungry Jack's" kimi tanınır. Buna səbəb şirkət Avstraliya bazarına daxil olmağa qərar verdikdə bu adın artıq başqa firma tərəfindən istifadə edilməsi olub.

2. KFC- Kanadada "Poulet Frit Kentucky", yəni "PFK" kimi tanınır. Kanadanın Kvebek şəhərində ciddi dil qanunlarına görə brendin adı fransızcadan tərcümə edilərək istifadə edilib.



3. LAY'S - Digər ölkələrdə çox fərqli adlandırılır. Məsələn, İngiltərədə "Walkers", Meksikada "Sabritas", İsraildə "Taquchips", Misirdə "Chipsy".



4. ALGİDA - İspaniyada "Frigo", İsveçrədə "Lusso", Hollandiya və Belçikada "Ola", Amerikada "Good Humor", Cənubi Afrikada "Frisko" kimi adlarla tanınır.



5. COCA-COLA LIGHT - Ölkəmizdə və Avropada Coca -Cola Light adı ilə satılan şəkərsiz kola ABŞ-da "Diet Coke" adı ilə satılır.




6. DOMESTOS - yuyucu vasitənin digər ölkələrdə fərqli adları var. Məsələn, Argentina, Uruqvay və Vyetnamda "Vim", Hollandiyada "Glorix", Yunanıstanda "Klinex", Hindistan və Filippində "Domex" kimi tanınır.



7. VAZELİN - bu brend İspaniya və Portuqaliyada “Vasenol” adı ilə satılır.



8. AXE - məşhur dezodorant brendi Yeni Zelandiya və Çində "Lynx" adı ilə tanınır.



9. REXONA - İngiltərədə "Sure", ABŞ-da "Degree" kimi istifadə olunur.




10. DR. OETKER - Brend İtaliyada “Cameo” kimi tanınır.




11. DANONE - ABŞ bazarında "Dannon" kimi bilinir.




12. COCO POPS - İngiltərə bəzi ölkələrdə “Coco Pops” adı ilə satılan marka ABŞ-da “Cocoa Krispies”, Meksikada isə “Choco Krispies” kimi satılır.

Aynur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar