Ru
20:25 / 04 Oktyabr 2025

Bəyanatları başına bəla oldu - Türkiyə konserti ləğv olundu

Bəyanatları başına bəla oldu - Türkiyə konserti ləğv olundu
Eye

Britaniyalı müğənni Robbi Uilyamsın oktyabrın 7-də İstanbulda keçirilməsi planlaşdırılan və bu şəhərdə debüt etməsi gözlənilən konserti İstanbul Əyalət İdarəsi tərəfindən ləğv edilib.

Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatçılar məlumat yayıb.

“Oktyabrın 7-də Robbi Uilyamsın İstanbulda keçiriləcək konserti İstanbul əyalət hökuməti tərəfindən ləğv edilib” - təşkilatçılar agentliyə bildiriblər.

Şirkət əmin edib ki, alınan bütün biletlərin pulu tamaşaçılara tam şəkildə geri qaytarılacaq.

Qeyd edək ki, Uilyams daha əvvəl Bodrumda çıxış edib. Türkiyə mətbuatına verdiyi müsahibələrdə o, xüsusilə həyat yoldaşı Ayda Fieldin türk əsilli olduğunu nəzərə alaraq, İstanbula səfər etmək arzusunda olduğunu bildirib. Ancaq bir neçə türk təşkilatı Uilyamsın İsraili dəstəklədiyi üçün keçmiş bəyanatlarına görə səlahiyyətliləri konserti ləğv etməyə çağırıb.

Konsertin yeri təşkilatçılar tərəfindən iki dəfə dəyişdirilib. Nəhayət, İstanbulun qərbində yerləşən Ataköy səmtində açıq havada konsert salonu seçilib. Biletlərin qiyməti lansman zamanı 100 dollar olub, konsert tarixinə yaxın 155 dollara qədər bahalaşıb. VİP biletlər 480 dollardan yuxarı qiymətə təklif edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar