Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə SSRİ-ABŞ dialoquna dair protokolların bəziləri itirilib.
Bakupost.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin Təhlükəsizlik Siyasəti üzrə keçmiş əməkdaşı Tarik Rauf RBC üçün məqaləsində yazıb.
Onun sözlərinə görə, 20-ci əsrin ortalarında ABŞ və SSRİ sənədlərin mətnlərini diqqətlə razılaşdırıblar. BMT-nin Cenevrədəki ofisinə səfəri zamanı analitik həmin danışıqların protokollarını öyrənməyə cəhd edib, lakin məlum olub ki, bu sənədlər binada aparılan çox sayda təmir işi nəticəsində itirilib.