Ru
21:57 / 04 Oktyabr 2025

Fransanın keçmiş prezidenti ilə bağlı TƏLƏB: Daha sərt cəza verilsin!

Fransanın keçmiş prezidenti ilə bağlı TƏLƏB: Daha sərt cəza verilsin!
Eye

Fransada prokurorlar keçmiş prezident Nikolya Sarkozinin 5 il müddətinə azadlıqdan məhrum edilməyə dair hökm oxunduğu "Liviya işi" üzrə verilən hökmdən apellyasiya şikayəti veriblər.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Sarkozinin "Liviya işi"ndə, xüsusən də onun kampaniyasının Müəmmər Qəddafi tərəfindən maliyyələşdirilməsi ilə bağlı hökmün elan edilməsindən bir həftə sonra Milli Maliyyə Prokurorluğu mövcud hökmdən - beş il həbs cəzasından və şərti həbsdən apellyasiya şikayəti vermək qərarına gəlib.

Prokurorluq Sarkozinin passiv korrupsiya və dövlət vəsaitlərinin gizlədilməsi/mənimsəmə ittihamları ilə qismən bəraət hökmünü rədd edib.

Prokurorlar 7 il həbs cəzası, 5 il namizədliyini irəli sürmək qadağası və 300 min avro cərimə tələb etmişdilər.

Xatırladaq ki, sentyabrın 25-də Sarkozi "Liviya işi" adlanan iş üzrə mühakimə olunub. Bir ittiham üzrə bəraət qazanmasına baxmayaraq, Sarkoziyə 5 il həbs cəzası hökmü verilib və 100 min avro məbləğində cərimə edilib.

2021-ci il martın 1-də Nikola Sarkoziyə dinləmə işi üzrə hökm oxunub. Lakin o, hökmdən apellyasiya şikayəti verdiyi üçün həbsxanaya getməyib.

2021-ci ilin sentyabrında Sarkozi 2012-ci il seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı saxtakarlıqda da təqsirli bilinib. 2024-cü il dekabrın 18-də Fransanın ali apellyasiya məhkəməsi Sarkozinin nüfuz alveri və korrupsiya ittihamı ilə hökmünə qarşı şikayətini rədd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar