Ru
21:43 / 04 Oktyabr 2025

Yampolda vəziyyət sabitləşdi: ruslar 3500-dən artıq itki verib

Yampolda vəziyyət sabitləşdi: ruslar 3500-dən artıq itki verib
Eye

Ukraynanın Liman şəhərinin Yampol kəndi ərazisində vəziyyət sabitləşib.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Teleqram kanalında məlumat verib.

O qeyd edib ki, Ukraynanın Müdafiə Qüvvələri Rusiya təxribat və kəşfiyyat qruplarının qalıqlarını təmizləyir:

"Hərbçilər düşmənin diversiya qruplarının qalıqlarının müəyyən edilərək məhv edilməsi üçün kənddə axtarış əməliyyatları keçirir".

Sırski bildirib ki, Dobropolliya istiqamətində düşmənin maddi-texniki bazası məhv edilir:

"İşğalçıların son 24 saat ərzində ümumi itkiləri 47 nəfər təşkil edir. Dobropolliya istiqamətində əks-hücum əməliyyatı başlayandan ruslar 3520 nəfərə yaxın itki verib, onlardan 1988-i ölüb. Həmçinin, düşmənin 991 silah-sursatı zədələnib, yaxud məhv edilib".

Qeyd edək ki, sentyabr ayında Rusiya kəşfiyyatçıları Yampol kəndinə sızmışdılar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar